"Qalatasaray"lı futbolçu Mauro İkardi sevgilisi Çina Suarez və keçmiş həyat yoldaşı Vanda Nara arasında yaşanan gərginlik gün keçdikcə daha da böyüyür.
Milli.Az xəbər verir ki, İcardi sosial mediada paylaşım edərək, uşaqlarını niyə İstanbula gətirmədiyini açıqlayıb.
Mübahisəyə İcardinin yeni sevgilisi Çina Suarez də qatılıb.
Sarı-qırmızılıların ulduzu İcardi, sevgilisi Çina Suarez ilə birlikdə "Qalatasaray"ın çempionluğunu qeyd etmək üçün İstanbula gəlib. Lakin İcardinin uşaqlarını özü ilə gətirməməsi ictimaiyyətin diqqətini çəkib. Argentina əsilli hücumçu bu mövzu ilə bağlı sosial şəbəkədə paylaşım edərək bildirib:
"Anaları onların ölkədən çıxmasına icazə vermir."
Vanda Naranın vəkilindən şok açıqlama
Cütlük arasındakı mübahisə davam edərkən, Vandanın vəkilindən gözlənilməz açıqlama gəlib. Vəkil Argentina mətbuatına danışaraq İcardinin hələ də Vandaya qarşı qəlbində bir həsrət daşıdığını iddia edib.
İkardinin sevgilisindən cavab
Bütün bu yaşananlardan sonra Çina Suarez də susqunluğunu pozub. O, Vandaya və vəkilinə cavab olaraq deyib:
"Bu "müqəddəs qadınlar"ın bir verilişə çıxıb başqalarını mühakimə etməsini və barmaqla göstərməsini izləməyi çox sevirəm. Əgər mən danışsaydım, hamınızı məhv edərdim".
Suarez son olaraq "Instagram" hesabında İcardinin uşaqları ilə çəkilmiş fotosunu paylaşıb və altına ürək emojisi qoyub. Vanda isə bu paylaşım qarşısında susqunluğunu davam etdirib.
Milli.Az Çina Suarezin həmin paylaşımını təqdim edir:
Kənan
Milli.Az