İdman

Əfsanələr yenidən üz-üzə gələ bilər - Ronaldo üçün gözlənilməz təklif

22 May 2025 11:56
Baxış: 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol dünyasında gözlənilməz bir iddia gündəmə gəlib. Məşhur portuqaliyalı ulduz Kriştiano Ronaldo FIFA Klub Dünya Kubokunda iştirak edəcək Wydad Casablanca klubuna transfer oluna bilər.

Milli.Az xəbər verir ki, hal-hazırda Səudiyyə Ərəbistanının "Al Nassr" klubunda çıxış edən Ronaldo ilə müqavilə mövsümün sonunda başa çatır. İspaniyanın "Marca" qəzetinin yaydığı xəbərə görə, Mərakeşin Wydad Casablanca klubu bu fürsətdən istifadə edib Ronaldo ilə müqavilə imzalamaq istəyir. Məqsəd isə turnirdə iddialı heyət qurmaqdır.

Əgər bu transfer baş tutarsa, futbol azarkeşlərini nostalji dolu anlar gözləyir. Çünki Lionel Messinin formasını geyindiyi Inter Miami də həmin turnirdə iştirak edəcək. Beləliklə, iki əfsanəvi oyunçu - Ronaldo və Messi - yenidən eyni turnirdə rəqib ola bilər.

2025 FIFA Klub Dünya Kuboku 15 iyun - 13 iyul tarixləri arasında keçiriləcək. Bu, böyük ehtimalla futbol tarixində daha bir unudulmaz səhifə açacaq.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.