İdman

Bekhemin ailəsinə gözlənilməz itki - Ölü tapıldı - FOTO

8 Aprel 2025 10:21
Baxış: 1 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bekhem ailəsinin keçmiş mühafizəçisi, keçmiş kral dəniz piyadası Kreyq Ainsworth ölü tapılıb.

Milli.Az dailymail-ə istinadla xəbər verir ki, 40 yaşlı veteranın ölüm xəbəri onun anası tərəfindən təsdiqlənib.

Kreyqin anası Sally oğlunun itkin düşməsindən sonra sosial mediada təcili məlumat axtarışı üçün çağırış etmişdi. Ailənin sözlərinə görə, polis onun axtarışlarını əsasən Alikante və Barselona ətrafında cəmləşdirmişdi.

Sally Ainsworth son paylaşımında oğlunun ölümünü təsdiqləyərək yazıb: "Kreyq tapıldı. Ən böyük kədərlə bildirirəm ki, dünya Kreyqi itirdi. O, Əfqanıstanda xidmət edib və post-travmatik stress pozğunluğu ilə mübarizə aparırdı". 

Qeyd edək ki, Enfilddən (Londonda) olan Kreyq Ainsworth 2013-2015-ci illər arasında David və Victoria Beckham ailəsinin şəxsi mühafizəçisi kimi çalışıb. O, ABŞ-ın tanınmış təhlükəsizlik firması Gavin de Becker vasitəsilə bu işə cəlb edilmişdi.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.