İdman

Qırmızı vərəqə ilə Türkiyə futbolunun tarixinə düşdü

8 Aprel 2025 08:09
Baxış: 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Türkiyə Super Liqasının 30-cu turunda "Beşiktaş" "Kasımpaşa"a ilə heç heçə (1:1) edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "qara qartallar"ın futbolçusu Tayyip Talha Sanuç 16-cı dəqiqədə Emirhan Topçunu əvəzlədiyi bu oyunda Super Liqa tarixində ilkə imza atıb.

Belə ki, o, turnir tarixində oyuna girdikdən sonra ilk hissə bitmədən, 42-ci dəqiqədə qırmızı vərəqə alan ilk "Beşiktaş"lı futbolçu olub.

Bundan əvvəl də Talha "Beşiktaş"ın "Göztəpə"yə 3:1 hesabı ilə uduzduğu oyunda qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory