"Fransadan 0:10 hesablı məğlubiyyətin əvəzini çıxacağıq"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Futbolçularımız 0:10 hesablı məğlubiyyətin əvəzini çıxacaqlar. Biz Fransanı hansısa ildə udacağıq.
Milli.Az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan milli komandasının sabiq məşqçisi Ağasəlim Mircavadov deyib.
Veteran futbolçu yığmanın 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransaya rəqib olmasına münasibət bildirib:
"Əvvəl-axır kiminləsə düşəcəkdik. Ümumiyyətlə, bu tsikldə bir "ana komanda" olmalı idi ki, o da Fransa oldu. O olmayacaqdı, Xorvatiya düşəcəkdi, fərqi yoxdur. Qayda belədir ki, qrupda 4 və ya 5 komandadan biri top-klub olur. Ona uyğun hərəkət edirsən. Məlumdur ki, qrupda yer tutmaq istəyirsənsə, aşağıdakı komandalarla oyunlarda xal qazanmalısan. Amma öndəkinə güc gəlməlisən ki, ən azı heç-heçə edəsən. Fransa dünya və Avropa çempionudur. Oyunlarına baxdım, indiki Fransanın oyunçuları həddindən artıq hərəkətli, əvvəlki illərdən də dinamikdirlər. Uduzma təhlükəsi, keçmiş oyun haqqında heç düşünmək lazım deyil. Ancaq öz yığmamız və onun inkişafını fikirləşməliyik".
Mircavadov yığmanın onun rəhbərliyi altında 1995-ci il sentyabrın 6-da Fransanın Oser şəhərində 0:10 hesabı ilə məğlub olmasından da söz açıb:
"Fransanın adına görə uduzacağıqsa, heç meydana çıxmaq lazım deyil. Xahiş edirəm, həmin oyunun video-görüntülərini tapın, baxın. 4 yüzfaizlik qol vəziyyəti yaratmışdıq. Çox qəribə haldır ki, 25-30 metrdən, yəni, hardan vururdularsa, top qapımıza daxil olurdu. Olur belə hallar, hadisədir. Lakin biz bunu fikirləşməliyik ki, öz oyunumuzu necə təkminləşdirsək və necə oynasaq, nəticə qazana bilərik".
Sabiq baş məşqçi qarşılaşmadan sonra ondan "Oyuna qapıçısız getmişdiniz?", - deyə soruşulduğuna dair söz-söhbətlərə isə belə cavab verib:
"Sizcə, məndən belə bir şey soruşula bilər? Bu cür söhbətləri çayxnalarda, lap açıq desək, bazarlarda edirlər. Niyə mənim uğurlarımdan heç kim yazmır? Çünki sərf etmir. Hamı istəyir ki, hay-küy salsın".
Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqasının 1/4 final oyununda Xorvatiyanı iki oyunun nəticəsində (2:0, 0:2, penaltilərlə - 5:4) üstələməyi bacarıb. DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi Fransa, Ukrayna və İslandiya ilə birlikdə D qrupunda yer alacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Premyer Liqa: "Kəpəz" "Zirə" ilə heç-heçə edib
-
Batut gimnastikası üzrə Dünya kubokunda növbəti qızıl medal - (Foto)
XƏBƏR LENTİ
-
D vitaminini hansı qidadan almaq olar?
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)
-
Premyer Liqa: "Kəpəz" "Zirə" ilə heç-heçə edib





