İdman

La Liqa futbolçularının dodaquçurdan məvacibləri - SİYAHI

19 Mart 2025 00:05
Baxış: 352
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya La Liqasında ən çox əməkhaqqı alan futbolçuların siyahısı açıqlanıb.

Milli.Az xəbər verir ki, adı çəkilən çempionatda hamıdan çox "Barselona"nın hücumçusu Robert Levandovskiyə maaş verilir. Onun həftəlik məvacibi 684 908 ABŞ dolları təşkil edir. İl ərzində polşalı futbolçunun qazancı 35 milyon ABŞ dollarından çoxdur. 

Siyahının ilk "beşliy"ində Madrid "Real"ının 3 futbolçusu yer alıb. Həmçinin "Atletiko"dan Yan Oblak da ən çox maaş alanlar sırasındadır. 

Bundan başqa, "Barselona"da ən çox əməkkhaqqı alan futbolçuların da reytinqi müəyyənləşib. Maraqlıdır ki, heyətə nadir hallarda düşən Ansu Fati Kataloniya təmsilçisində cəmi 2 oyunçudan az maaş alır. (Offsideplus.az)

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.