Rusiyalı döyüşçü Umar Nurməhəmmədov Kaliforniya ştatının Atletika Komissiyası tərəfindən 6 ay müddətinə yarışlardan kənarlaşdırılıb.
Milli.Az rus mediasına istinadən xəbər verir ki, bu kənarlaşdırma tibbi səbəblərə görə olub.
Qeyd edək ki, Umar Nurməhəmmədov məğlubedilməz döyüşçü Həbib Nurməhəmmədovun qardaşıdır. O, Dvalişvili ilə döyüşdə qolunu sındırıb.
Milli.Az