İdman

NBA tarixinə daha bir rekordla adını yazdırdı FOTO

20 Dekabr 2024 21:28
Baxış: 619
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NBA-nın super ulduzu LeBron James liqa tarixində ən çox oyun keçirən oyunçu olaraq Kareem Abdul-Jabbar-ı geridə qoyub.

Milli.Az xəbər verir ki, bu rekord LeBronun keçən il Abdul-Jabbarı geridə qoyaraq NBA-nın bütün zamanların ən çox xal vuran oyunçusu olması ilə yanaşı, onun karyerasına daha bir unudulmaz nailiyyət əlavə edir.

Son oyunda LeBron "Sacramento Kings"ə qarşı mübarizə zamanı parketdəki ümumi dəqiqələrini 57,447-yə çatdıraraq Abdul-Jabbarın rekordunu qırıb. 

LeBron Ceymsin bu rekordunun yaxın gələcəkdə təzələnməsi ehtimalı çox az görünür.

Qeyd edək ki, NBA tarixində onun adı həm ən çox xal qazanan, həm də ən uzun oyun vaxtına malik oyunçu kimi yadda qalacaq.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.