"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç komandasının Meksikanın "Paçuka" klubuna qarşı qitələrarası kubokun finalında qələbə qazanması ilə klub tarixində ən çox mükafat qazanan futbolçu olub.
Milli.Az xarici mediaya istinadən xəbər evrir ki, bu, Modriçin "Real Madrid"də qazandığı 28-ci tituludur.
Beləliklə, o, bu anda 27 kubokla ikinci yerdə olan sağ cinah müdafiəçisi Daniel Karvaxalı keçib.
"Real Madrid"in tarixində ən çox titul qazanan futbolçular sırasının ilk üçlüyünü isə keçən yay klubu tərk edən Naço Fernandes tamamlayıb.
Fidan
Milli.Az