“Şəhərdə gəzə bilmirəm” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İspaniya millisinin və "Barselona"nın 17 yaşlı ulduzu Lamin Yamal "Marca" nəşrinə müsahibə verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Yamal karyerasından və gələcək planlarından bəhs edib.
Müsahibəni təqdim edirik:
- 2024-cü ildə Avropa çempionluğu, "Golden Boy", "Kopa Trophy"... Xəyal etmək belə çətindir, elə deyilmi?
- Bəli, doğrudur. Gənc yaşımda gözlənilməz uğurlarla qarşılaşdım. Amma həmişə sakit olmağa və ayaq üstə möhkəm durmağa çalışıram. Karyeram yeni başlayıb...
- Bütün bu mükafatları hara qoyursunuz? Çünki artıq sayları çoxalır...
- Hazırda onlar valideynlərimin evindədirlər. Çünki mənə hər zaman dəstək olan, yanımda olan da onlardır. "Golden Boy" kimi mükafatları alanda təşəkkür əlaməti olaraq valideynlərimə verirəm.
- Gündəlik həyatınız çox dəyişib?
- Bir az dəyişib. Tanınmadan gəzmək və ya məsələn, həvəslə dostlarla kinoya getmək mənim üçün çətindir.
- "Ballon d'Or"u qazanmağı xəyal edirsiniz?
- Beynimə saldığım məsələ deyil. Çempionlar Liqasını və ya dünya çempionluğunu qazanmaq kimi başqa arzularım da var. Bir gün "Qızıl top"u qazansam, bu, ilk növbədə, kollektiv məqsədlərə çatmağın nəticəsi olacaq. Amma təbii ki, bu mükafatı qazanmaq əla olardı.
- Ötən "Ballon d'Or"un sorğusunda 8-ci yeri tutmusunuz! Harri Keyn və ya Toni Kroos kimi oyunçulardan qabaqda.
- Bu oyunçularla eyni siyahıda olmaq belə mənim üçün arzudur.
- 17 yaşındakı nailiyyətləriniz Messinin göstəricilərindən daha yaxşıdır. Sizi onunla müqayisə edəndə necə hiss edirsiniz?
- Mən üçün fəxrdir, amma öz hekayəmi yazmağa çalışıram. Messi tarixin ən yaxşısıdır, mən isə hələ ilk addımlarımı atıram. Bəzən bu müqayisələr kömək etmir.
- Həmişə hansı oyunçuya örnək kimi baxmısınız?
- Messidən başqa Neymar və Ronaldinyoya. Əyləncə, oyunu yaşama tərzinə görə...
- Ən çox məsləhət aldığınız, hər zaman dinlədiyiniz futbolçular kimlərdir?
- Həm "Barsa", həm də millidə ən təcrübəli komanda yoldaşlarım mənimlə danışanda həmişə diqqətli olmağa çalışıram. Rodri, Levandovski, Karvaxal, Frenki de Yonq, Rafinya...
- 17 yaşınız var və artıq dünya ulduzusunuz... Gündəlik həyatda nədən imtina edirsiniz? Nə etmək istərdiniz, amma edə bilmirsiniz?
- Az əvvəl dediyim kimi, şəhərdə gəzmək, ticarət mərkəzinə və ya kinoya getmək kimi sadə şeylər.
- AVRO-2024-ün karyeranızda dönüş nöqtəsi olması ilə razısınızmı?
- Şübhəsiz. Mənə parlamağa və özünəinam qazanmağa imkan yaradan turnir oldu. Bununla belə, hələ təkmilləşdirəcəyim çox şey var, artıq növbəti hədəflər haqqında düşünürəm.
- PSJ və "Mançester Siti"nin sizin üçün böyük məbləğlər xərcləməyə hazır olduqları barədə şayiələr gəzir.
- Həqiqət budur ki, bu barədə düşünmürəm. Fikrimdə yalnız "Barselona", burada təkmilləşmək və titullar qazanmaqdır.
- Evdə oynamaqdan başqa, "Bernabeu"da oynamaqdan zövq alırsınız?
- Xoşuma gəlir. "Real Madrid"ə qarşı oyunlar həmişə xüsusi olur.
- Oyundan kənar əsas bacarığınız nədir?
- Bəlkə də bu, yumor hissimdir. Ümumiyyətlə mən sadə şeylərdən həzz almağı sevən xoşbəxt insanam..
- 2025-ci ildə nə istəyirsiniz?
- "Barselona" ilə titullar qazanmaq və ailəmin rifahına töhfə vermək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Premyer Liqa: "Kəpəz" "Zirə" ilə heç-heçə edib
-
Batut gimnastikası üzrə Dünya kubokunda növbəti qızıl medal - (Foto)
XƏBƏR LENTİ
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)
-
Premyer Liqa: "Kəpəz" "Zirə" ilə heç-heçə edib
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - (Foto)
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
-
Batut gimnastikası üzrə Dünya kubokunda növbəti qızıl medal - (Foto)
-
Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - (Video)





