İdman

Yunan azarkeşlərdən Cekoya qarşı maraqlı təzyiq üsulu

15 Aprel 2024 15:45
Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbaxça"nın hücumçusu Edin Ceko Konfrans Liqasının 1/4 final mərhələsinin "Olimpiakos"la ilk oyunundan sonra rəqib  azarkeşlərin təxribatına məruz qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Yunanıstan klubunun azarkeşləri Cekonun "Restaurant EZZA" adlı restoranını nüfuzdan salmaq üçün kampaniya təşkil ediblər. 

Onlar məşhur səyahət saytı olan "TripAdvisor"da restoran haqqında mənfi rəylər yazıblar. 

Qeyd edək ki, "Georgios Karaiskakis" stadionunda keçirilən görüş "Olimpiakos"un 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Tərəflər arasında cavab görüşü aprelin 18-də İstanbulda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.