İdman

Dünyanın ən bahalı futbolçuları - yeni siyahı

31 Mart 2023 00:44
Baxış: 2 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe "Transfermarkt"ın versiyasına görə hazırda dünyanın ən bahalı oyunçuları onluğuna başçılıq edir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun transfer dəyəri 180 milyon avrodur.

İlk üçlüyə həmçinin Erlinq Haaland ("Mançester Siti", Norveç) - 170 milyon avro, həmçinin Vinisius Junior ("Real", Braziliya) və Cum Bellinqem ("Borussiya" Dortmund), İngiltərə) daxildir - hər birinin  dəyəri 120 milyon avrodur.

Dünyanın ən bahalı 10 futbolçusu:

1. Kilian Mbappe (PSJ, Fransa) - 180 milyon avro;

2. Erlinq Haaland ("Mançester Siti", Norveç) - 170 milyon avro;

3-4. Vinisius Junior ("Real", Braziliya) - 120 milyon avro;

3-4. Cud Bellinqem ("Borussiya", İngiltərə) - 120 milyon avro;

5-6. Filip Foden ("Mançester Siti", İngiltərə) - 110 milyon avro;

5-6. Camal Musiala ("Bavariya", İngiltərə) - 110 milyon avro;

7-9. Federiko Valverde ("Real", Uruqvay) - 100 milyon avro;

7-9. Viktor Osimhen ("Napoli", Nigeriya) - 100 milyon avro;

7-9. Pedri ("Barselona", İspaniya) - 100 milyon avro;

10. Qavi ("Barselona", İspaniya) - 90 milyon avro

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.