Bütün dünyanın danışdığı gürcünün eşq hekayəsi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xviça Kvaratsxeliya Avropa futbolunda bu mövsümün əsas sürprizlərindən biri hesab edilir. A Seriyasında meydana çıxdığı 23 matçda 12 qol vurub, 10 məhsuldar ötürmə edən Xviçanın komandası "Napoli" ölkə çempionu olmaq üzrədir. Lusiano Spallettinin rəhbərlik etdiyi komandanın rəqibi yoxdur.
Milli.Az bildirir ki, Gürcüstan millisinin üzvü artıq bir sıra aparıcı klubların diqqət mərkəzindədir. İngiltərə nəhənglərinin, "Real", PSJ kimi komandaların onu yayda heyətinə qatmağa çalışacağı dəqiqdir.
Xviçanın təkcə karyerası deyil, şəxsi həyatı da gündəmdədir. O, artıq Gürcüstanın deyil, bütün dünyanın marağındadır.
Onun ailəsi Azərbaycana yaxşı tanışdır. Atası Badri Kvaratsxeliya futbolumuza yad sima deyil. O, təkcə "Şəmkir"dəki çıxışları ilə fərqlənməyib, hətta milli komandaya belə cəlb edilib. Burada məşqçi kimi də fəaliyyət göstərib. Uzun müddət ailəsi ilə birlikdə ölkəmizdə yaşayıb.
İndi isə keçək başqa məsələyə. Xviça bu yaxınlarda şəxsi həyatı ilə gündəmə gəlib. Kvaratsxeliyanın sevgilisi Nitsa Tavadze ilə fotoları yayımlanıb. O, Tbilisi Tibb İnstitutunun tələbəsidir. Təhsilini davam etdirdiyi üçün hələ də futbolçunun yanına - Neapola köçməyib. Futbolçunun sözlərinə görə, Nitsa təhsilinə daha çox vaxt ayıyır. Ona görə də birlikdə elə də çox vaxt keçirə bilmirlər. Hətta mesajlaşmaq belə müşkül məsələyə çevrilib.
Gənc cütlük ortaq dostları vasitəsilə tanış olublar. Nitsanın mühazirələri olmayanda sevgilisinə dəstək olmaq üçün Neapola yollanır. "O, çox emosionaldır. Qol vursam, hətta ağlaya bilər" deyə 22 yaşlı futbolçu bildirir.
Kvaratsxeliya dinə yaxın şəxsdir. 2022-ci ilin sonunda anası Maka Lukava və Nitsa ilə birlikdə Samtavro monastırını ziyarət edib, burada din xadimləri və rahibələrlə görüşüb. Xviça sevgilisinin sosial şəbəkələrdəki bütün profillərini bağlayıb. Nitsa "İnstaqram" səhifəsində aktiv olur və ancaq Xviçaya həsr olunmuş paylaşımlar edir.
Gənclər hələ toy planlaşdırmırlar. Bununla belə futbolçu sevgilisini ailəsi ilə tanış edib və özü də Nitsanın valideynləri ilə görüşüb. "Mən evlənməyə hazırlaşsam da, o bilir ki, mənim işim çox olacaq. Konsentrasiyalı və sakit olmalıyam. Heç bir futbolçunun sevgilisinin işi asan olmur", - deyə Kvaratsxeliya açıqlamasında söyləyir.
Görünən odur ki, Xviça Kvaratsxeliya gənc həmkarlarından fərqli olaraq özünə qarşı intizamlıdır. Bununla belə, əsl qafqazlı mədəniyyətini Avropada da nümayiş etdirir. Boş vaxtlarında əylənəcəyə deyil, ailəsinə, sevgilisinə vaxt ayırır. Bəlkə də onun uğurlarının sirri elə bundadır. (publika)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib - (Foto)
-
Çempionlar Liqasında debütant futbolçularla bağlı yeni qayda
-
ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb
-
Biləcəriyə gedən yolun eniş hissəsi tam bağlanacaq
-
Zeynəb və Serkay evləndi - (Foto)
-
BMT qurumlarının fəaliyyətinin praqmatik təhlilini aparmaq zəruridir – Robert Sekuta
-
Bəhruz Vaqifoğluna vəzifə verildi
-
ABŞ Prezidenti Hörmüz boğazını "Tramp boğazı" adlandırmaq istəyir
-
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
-
Elvin Cəfərquliyev əməliyyat olundu
-
“Adana Demirspor”un 24 xalı silindi
-
Dünyanın sonu üçün qorxulu tarix: Fizikin 60 il əvvəlki apokalipsis proqnozu
-
"Bu yaşdan sonra ərə baxa bilmərəm" - Renka
-
Ermənistanda yol qəzası - beş nəfər ölüb, 7 nəfər yaralanıb
-
Lili Alle ərinin başqa qadınlara aldığı əşyaların qəbzindən özünə don tikdirdi - (Foto)
-
Goranboyda yanğına görə təxliyə olunan sakinlər yaşayış ünvanlarına qaytarılacaq
-
Gözde Seda Altunerin dəyişimi gündəm oldu - (Foto)
-
Bu yayın ən çox transfer edən klubları bilindi
-
Niderland səfirliyi Azərbaycana təşəkkür edib
-
Taliska ağlayaraq "Fənərbağça"dan getdi
-
Macarıstan Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqlarını yenidən blokladı
-
Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər
-
Bu da Kasilyasın Venesuela gözəli olan yeni sevgilisi - (Fotolar)
-
Həftə ərzində az yatırsınızsa, bunu edin





