Xorvatlar darmadağın etdiyi Argentina ilə üz-üzə - Modriç, yoxsa Messi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün dünya çempionatında yarımfinal mərhələsinin ilk görüşü keçiriləcək. Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, son mundialın finalçısı Xorvatiya Argentina ilə üz-üzə gələcək.
Bu görüş həm də komandaların liderləri Luka Modriç və Lionel Messi arasında duel kimi də müzakirə edilib. 37 yaşlı xorvatla 35 yaşlı argentinalının mübarizəsi səbrsizliklə gözlənilir.
Yaşa dolduqca gözəl oyun sərgiləyib hər kəsi təəccübləndirən Modriçin komandanın lideri kimi finala gedən yoldakı vacib matçda da təcrübəsini ortaya qoyacağı gözlənilir. Madrid "Real"ının əsas futbolçusunun kapitanlığı altında Xorvatiya millisinin yenə sadəcə döyüşkən ruhu ilə finala adlaya biləcəyi ehtimalları yüksəkdir. Əksəriyyət isə Messinin liderliyi altında Argentinanı açıq-aşkar cütün favoriti, hətta mundialın qalibi görür.
2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında penaltilər seriyası ilə ad çıxarıb finala qədər gələn avropalıların bu mundialda da yarımfinala qədərki yolu "lotoreyalar" sayəsində müəyyən olunub. Onların Argentina ilə matçı da penaltilər seriyasına qədər aparmaq niyyətinin olduğu da verilən proqnozlar arasındadır.
Güclü komandalarla oyunda intizamlı müdafiəsi ilə diqqət çəkən və qapıçılarının xüsusi oyunu ilə ad çıxaran Zlatko Daliçin yetirmələri eyni ssenari ilə davam edəcək.
Komandalar arasında statistikaya gəlincə, onlar indiyə qədər 5 dəfə üz-üzə gəliblər. Bunlardan 3-ü yoldaşlıq, 2-si rəsmi oyundur. Xorvatiya və Argentina bundan öncə 2 dəfə mundiallarda qarşılaşıblar. Bu matçların 1-də Argentina, digərində isə Xorvatiya qalib gəlib. Yoldaşlıq matçlarında da qələblərin sayı bərabərdir. Bir oyunda isə heç-heçə qeydə alınıb.
Argentina rəsmi görüşlərdə Xorvatiya üzərində qələbəsini 24 il öncə Fransada keçirilən mundialda qazanıb. 1998-ci ildə dünya çempionatının qrup mərhələsində baş tutan matçda cənubi amerikalılar 1:0 hesablı qalibiyyətə sevinib. Yeganə qolu 37-ci dəqiqədə Hektor Pineda vurub.
Bundan öncəki mundialda isə Xorvatlar Argentinanı darmadağın edib. Rusiyada keçirilən çempionatda avropalılar rəqibini 3:0 hesablı məğlubiyyətə uğradıb. Bu görüş də qrup mərhələsi çərçivəsində keçirilib. Qolları isə Ante Rebiç, Luka Modriç və İvan Rakitiç vurub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
-
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
-
Rövşən Nəcəf, Arsen Venger və İnfantino "Sabah" - "Qarabağ" oyununu stadiondan izləyiblər - (Video)
-
"Sabah" - "Qarabağ" oyununda qolsuz bərabərlik
-
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
-
“Barselona” Diomandedən imtina edib
XƏBƏR LENTİ
-
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
-
Deputat oğlunun qətlə yetirilən Ceyhunla gizli keçmişi: "Qara biznes" və ortaq foto üzə çıxdı
-
Tramp: İrana qarşı hərbi əməliyyat keçirə bilərik
-
Deputatın oğlu barəsində dörd aylıq həbs qərarı verildi - Yenilənib - (Video)
-
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
-
Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Yenilənib
-
Rövşən Nəcəf, Arsen Venger və İnfantino "Sabah" - "Qarabağ" oyununu stadiondan izləyiblər - (Video)
-
"Sabah" - "Qarabağ" oyununda qolsuz bərabərlik
-
Deputatın oğlu hakim qardaşına görə başqa məhkəmədə mühakimə olunacaq
-
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
-
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
-
Donald Tramp: "Mənim əmim radarı ixtira edib"
-
Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi - Yenilənib
-
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
-
Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü
-
Almaniya kəşfiyyatından yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsul
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
“Barselona” Diomandedən imtina edib
-
Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...
-
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
-
"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib
-
22 min insanı güllələdilər, Hitlerin üstünə atdılar – SSRİ-nin 1990-ci il NKVD etirafı
-
"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)
-
Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb





