İdman

Bakıda bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kubokunun yarışlarının final günü keçirilir

27 Noyabr 2022 13:15
Baxış: 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə I Beynəlxalq "Ocaq" Kubokunun yarışlarının final günü keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün fərdi çıxışlar proqramında 2010-cu il təvəllüdlü gimnastlar və "gənclər" yaş kateqoriyası üzrə yarışlar keçiriləcək.

Qrup hərəkətlərində komandalar arasında 2015-2016, 2012-1014 və 2010-2011-ci il təvəllüdlü idmançılar çıxış edəcəklər.

Qeyd edək ki, 25-27 noyabr tarixlərində "Ocaq Sport" klubu bədii gimnastika üzrə I Beynəlxalq "Ocaq" Kubokunu keçirir. Yarışlarda 3 ölkəni təmsil edən 317 gimnast, Azərbaycandan 200-dən çox gimnast iştirak edir.

2007-2016-cı il təvəllüdlü idmançılar həm fərdi proqramda, həm də qrup hərəkətlərində çıxış edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.