İdman

"Bizim üçün yeni dünya çempionatı başlayır"

27 Noyabr 2022 11:03
Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DÇ-2022-də Meksika üzərində qələbə Argentina yığmasına mənəvi cəhətdən müsbət təsir edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu oyundan sonra müdiaya açıqlamasında Argentina millisinin kapitanı Lionel Messi deyib.

"Matçın çətin olacağını başa düşürdük. Meksikalılar əla oynayırlar, onların əla məşqçisi var. Və bizim üçün bu gün yeni dünya çempionatı başlayır. Nəyin bahasına olursa-olsun, qələbə qazanmaq lazım idi, ikinci hissədə sakitləşə bildik, öz futbolumuzu göstərdik, bacardıq və oynamalı olduğumuz kimi oynadıq. Böyük qələbə.

Çoxlu debütantlarımız, eləcə də matçlar üçün qeyri-adi başlama vaxtımız var. Bunlar bəhanə deyil, uyğunlaşırıq və bu qələbə bizə mənəvi kömək edəcək", - deyə L.Messi bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.