İdman

Bakı çempionatında qazanılan qızıl medal inadkar məşqlərin və yaxşı nəticə əldə etmək arzusunun bəhrəsidir - Gənc gimnast

12 Noyabr 2022 14:35
Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədii gimnastika üzrə 27-ci Bakı çempionatında qazanılan qızıl medal inadkar məşqlərin və yaxşı nəticə əldə etmək arzusunun bəhrəsidir.

Bunu Trend-ə 2014-cü il təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə qızıl medal qazanmış gimnast Ayla Abbaszadə deyib.

"Yarışların ikinci günündə mən ən sevdiyim proqram olan topla hərəkətləri yerinə yetirdim. Medalı öz məşqçimə həsr edirəm, çünki onun səyləri sayəsində məndə hər şey alındı", - gənc gimnast deyib.

Qeyd edək ki, Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı birgə Bakı çempionatı keçirilir.

Bədii gimnastika üzrə yarışlarda balacalar (2012-2014-cü illər) fərdi çoxnövçülük, alətsiz, top və halqa ilə, yeniyetmələr (2010-2011-ci illər) fərdi çoxnövçülük, halqa, top, gürzlərlə proqramlarını nümayiş etdirəcəklər. Gənclər (2007-2009-cu illər) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyasında gimnastlar fərdi çoxnövçülük, halqa, top, gürzlər, lentlə hərəkətlərin icrasında öz aralarında qalibi müəyyənləşdirir. Aerobika üzrə yarışlarda yeniyetmələr (2008-2010-cu illər) fərdi qadınlar, üçlük və qrup, gənclər isə (2005-2007-ci illər) yalnız fərdi qadınlar proqramında mübarizə aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.