İdman

Bədii və aerobika gimnastikası üzrə birgə Bakı çempionatının ikinci günü start götürüb - FOTO

12 Noyabr 2022 13:24
Baxış: 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 12-də Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı birgə Bakı çempionatının sonuncu günü start götürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün bədii gimnastlar balacalar (2012-2014-cü illər) yaş qrupunda topla, yeniyetmələr (2010-2011-ci illər) yaş qrupunda top və gürzlərlə, gənclər (2007-2009-cu illər) və böyüklər (2006-cı il və daha böyük) yaş qrupunda gürzlər və lentlə hərəkətlər nümayiş etdirəcək.

Aerobika üzrə yarışlarda yeniyetmələr (2008-2010-cu illər) fərdi qadınlar, üçlük və qrup, gənclər isə (2005-2007-ci illər) yalnız fərdi qadınlar proqramında mübarizə aparacaqlar.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.