İdman

Batut gimnastikası üzrə 6-cı Bakı birinciliyi başa çatıb - FOTOlar

6 Noyabr 2022 15:53
Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 6-da Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş batut gimnastikası üzrə 6-cı Bakı birinciliyi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarış zamanı gənc gimnastlar öz bacarıqlarını və idman hazırlığını nümayiş etdiriblər.

Yarışlarda "Ocaq Sport" klubunu və Bakı Gimnastika Məktəbini təmsil edən 55 oğlan və 46 qız iştirak edib.

Gimnastlar balacalar (2015-ci il), uşaqlar (2012-2014-cü illər), yeniyetmələr (2010-2011-ci illər), gənclər (2006-2009-cu illər) yaş kateqoriyasında çıxış ediblər.

Yarışın nəticələrinə əsasən birinciliyin qalib və mükafatçılarının adları açıqlanıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.