İdman

Bakı birinciliyində gələcəkdə bizə faydalı olacaq yarış təcrübəsi qazanırıq - Gənc gimnast

6 Noyabr 2022 15:03
Baxış: 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Batut gimnastikası üzrə Bakı birinciliyində biz rəqabət təcrübəsi qazanırıq ki, bu da gələcəkdə mütləq faydalı olacaq.

Bu barədə Trend-ə yarışın iştirakçısı, Bakı Gimnastika Məktəbini təmsil edən gənc gimnast Maqsud Tahirli deyib.

"Yarışlar maraqlı keçir, hər bir iştirakçı yaxşı nəticə göstərməyə, məşqçini sevindirməyə çalışır. Düşünürəm ki, mükafat qazanmayanlar üçün belə çempionat böyük rol oynayacaq, çünki burada təcrübə, öz qabiliyyətlərimizi nümayiş etdirmək, digər gimnastların necə çıxış etdiyini görmək imkanı əldə edirik. Yarışlarda iştirak etdiyim üçün şadam", - deyə gənc gimast bildirib.

Qeyd edək ki, noyabrın 6-da Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş batut gimnastikası üzrə 6-cı Bakı birinciliyi keçirilir.

Sonra batut gimastikası üzrə VI Bakı birinciliyinin yarışlarına start verilib. Yarışlarda "Ocaq Sport" klubunu və Bakı Gimnastika Məktəbini təmsil edən 55 oğlan və 46 qız iştirak edir.

Gimnastlar balacalar (2015-ci il), uşaqlar (2012-2014-cü illər), yeniyetmələr (2010-2011-ci illər), gənclər (2006-2009-cu illər) yaş kateqoriyasında çıxış edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.