İdman

Milli Gimnastika Arenasında Gəncə və Masallı idmançılarının təlim-məşq toplanışı keçirilir - FOTO

2 Noyabr 2022 17:22
Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Milli Gimnastika Arenasında Gəncə və Masallıdan olan bədii gimnastların təlim-məşq toplanışı keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, toplanışda Gəncə Olimpiya İdman Klubunun və Masallı Olimpiya İdman Kompleksinin nəzdində fəaliyyət göstərən bədii gimnastika bölmələrini təmsil edən gənc idmançılar iştirak edirlər.

Oktyabrın 31-dən noyabrın 5-dək keçirilən təlim-məşq toplanışında 10 gimnast iştirak edir.

Təlim-məşq toplanışında məqsəd yeniyetmələrin fiziki hazırlığını gücləndirmək, bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatına hazırlamaqdır. Dekabrın 8-11-də Şəki şəhərində keçiriləcək yarışlar Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunacaq.

Gəncə Olimpiya İdman Klubunun bədii gimnastika üzrə məşqçisi Nurcahan Əliyeva bildirib ki, klubda bədii gimnastika bölməsi 2021-ci ildən fəaliyyət göstərir.

"Bizdə 65 idmançı məşğul olur. Gələcəkdə yetirmələrimizi çoxlu yarışlar gözləyir, lakin ən mühümlərindən biri Şəkidə keçiriləcək Azərbaycan çempionatıdır. Gimnastlarımızı bu yarışlara hazırlamaq üçün təlim-məşq toplanışları təşkil olunur. Biz Gəncə gimnastlarının idman səviyyəsinin yüksəldilməsi üçün şərait yaradılmasına görə təşəkkürümüzü bildiririk. İdmançılarımız yarışa böyük həvəslə hazırlaşırlar", - deyə N.Əliyeva bildirib.

Masallı Olimpiya İdman Kompleksinin məşqçisi Mərziyyə Mustafazadə qeyd edib ki, gimnastlar Azərbaycan çempionatında iştirak etməyi səbirsizliklə gözləyir və toplanışda böyük məmnuniyyətlə məşq edirlər.

"Masallı Olimpiya İdman Kompleksində bədii gimnastika şöbəsi 2019-cu ildən fəaliyyət göstərir, hazırda 35 tələbəmiz var. Qızlar bədii gimnastikaya həvəs göstərir və yaxşı nəticə göstərməyə çalışırlar. Milli Gimnastika Arenasında keçiriləcək təlim-məşq toplanışları onların idman bacarıqlarının artırılmasında mühüm rol oynayır", - deyə M.Mustafazadə vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl burada "Kür" Olimpiya Tədris-İdman Mərkəzini təmsil edən Mingəçevir idmançılarının təlim-məşq toplanışı keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.