İdman

Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

26 Oktyabr 2022 08:40
Baxış: 1 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində PSJ çərşənbə axşamı evdə "Makkabi"ni məğlub edib. Oyun 7:2 hesabı ilə başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, parislilərin heyətində Lionel Messi iki dəfə fərqlənib. Argentinalı 2-ci qolu cərimə meydanından kənarından vurduğu zərbə ilə qapıya göndərib. Messi üçün bu, Çempionlar Liqasında cərimə meydanından kənardan vurduğu 23-cü qolu idi.

Bu göstəriciyə görə o, 22 belə qolu olan portuqaliyalı Kriştianu Ronaldonu keçib və yeni rekorda imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.