İdman

"Barselona" - "Atletik" oyununda 4 qol vuruldu

24 Oktyabr 2022 08:35
Baxış: 1 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İspaniya La Liqasının 11-ci turunun növbəti oyunu keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Kataloniya təmsilçisi "Kamp Nou" stadionunda keçirilən görüşdə "Atletik Bilbao"nu 4:0 hesabı ilə məğlub edib.

"Barselona"nın heyətində Osman Dembele 12-ci, Serxi Roberto 18-ci, Robert Levandovski 22-ci, Ferran Torres isə 73-cü dəqiqələrdə fərqləniblər.

Bu nəticədən sonra xalını 28-ə çatdıran "Barselona" klubu turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Siyahıya 31 xalla "Real Madrid" başçılıq edir. "Atletiko Madrid" isə 23 xalla 3-cüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.