İdman

"Xalqımız bu qələbələri çoxdan gözləyirdi" - Emin Mahmudov

25 Sentyabr 2022 22:38
Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ardıcıl 3-cü qələbəmizi qazandıq. Xalqımızı sevindirdik. Onlar bu qalibiyyətləri çoxdan gözləyirdi".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Azərbaycan yığmasının futbolçusu Emin Mahmudov Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi yaxşı oynadıqlarını bildirib: "Uğurlu nəticə əldə etdik. Sevindirici haldır ki, seçmə mərhələyə qələbə ilə yekun vurduq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.