İdman

Əməkdar məşqçi vəfat etdi

11 May 2010 20:12
Baxış: 394
Bu gün boks üzrə əməkdar məşqçi Rauf Cabbarov dünyasını dəyişib. Məşqçinin yaxınlarının ANS PRESS-ə verdiyi məlumata görə, mərhum bu gün səhər saatlarında 67 yaşında dünyasını dəyişib.

İki dəfə infarkt keçirmiş məşqçinin uzun müddət səhhəti ilə bağlı problemləri olub. Mərhumun tələbələrinin verdiyi məlumata görə, yas və dəfn mərasimində Azərbaycan Boks Federasiyasından heç kim iştirak etmir. Mərhum bu gün Zabrat qəsəbəsində dəfn olunub.

Qeyd edək ki, Rauf Cabbarov Azərbaycan idmanının inkişafında xidmətlərinə görə 1995-ci ildə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif edilib.

/ANS PRESS/
loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.