İdman

Azərbaycan idmançısı İslamiadanın üçüncüsü olub

11 Avqust 2022 13:40
Baxış: 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın ağır atleti Nazilə İsmayılova V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, iki hərəkətin yekununda üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Müsabiqə avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışın nəticələrinə əsasən, idmançılara 355 medal təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.