İdman

Şahmatçılarımızdan növbəti qələbə

30 İyul 2022 19:06
0 Şərh     Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanının kişilərdən ibarət şahmat millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünə çıxıb.

Yığma 2-ci turda Filippin seçməsi ilə qarşılaşıb. Komandamız rəqibinə qalib gəlib.

Qədir Hüseynov və Nicat Abbasov rəqiblərini məğlub edib, Vasif Durarbəyli isə heç-heçəyə razılaşıb. Hazırda Rauf Məmmədovun görüşü davam edir. 34 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.

Qeyd edək ki, milli ilk turda dünən Əlcəzairi 4:0 hesabı ilə üstələyib.

2-ci tur

Filippin - Azərbaycan - 0,5:2,5

Mark Paraqua - Rauf Məmmədov

Rocerio Barcenilya - Qədir Hüseynov - 0:1

Con Pol Qomes - Vasif Durarbəyli - 0,5:0,5

Paulo Bersamina - Nicat Abbasov - 0:1

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.