İdman

“Neftçi” Türkiyədə ilk yoxlama oyunu keçirib

6 İyul 2022 21:00
0 Şərh     Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan Bakının "Neftçi" futbol klubu ilk yoxlama oyununu keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, baş məşqçi Laurentsiu Regekampfın komandası Türkiyə Birinci Liqasında çıxış edən "Sakaryaspor"la üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Bakı təmsilçisinin heyətində yeni transfer Qodsvey Donyo fərqlənib.

Qeyd edək ki, "Neftçi" hazırlıq çərçivəsində daha 2 yoxlama matçı keçirməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.