İdman

Formula 1: qaliblər mükafatlandırıldı - FOTO

12 İyun 2022 17:30
Baxış: 1 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 12-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Qran-Prinin qalibi "Red Bull Racing" komandasının və niderlandlı pilot Maks Ferstappenin şərəfinə Niderlandın və Avstriyanın Dövlət himnləri səsləndirilib.

Sonra qaliblərə kuboklar təqdim olunub.

Qran-Prinin qalibi Maks Ferstappenə kuboku Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib.

"Red Bull Racing" komandasının nümayəndəsinə kubok Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammad ben Sulayem tərəfindən təqdim olunub.

Qran-Pridə ikinci yeri tutan Serxio Peresə ("Red Bull Racing) kuboku Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, üçüncü pillədə qərarlaşan britaniyalı Corc Rasselə ("Mersedes") isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.