İdman

Kamran Ağayev Foqts haqda elə bir açıqlama verdi ki...

27 Mart 2012 14:14
0 Şərh     Baxış: 213
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev millimizin baş məşqçisi Berti Foqtsla münasibətləri barədə açıqlama verib.

Qol.Az-ın məlumatına görə, yerli telekanallardan birinin efirində Foqtsla bağlı tənqidi fikirlər səslənərkən K.Ağayev almaniyalı mütəxəssisi müdafiə edib. O, Foqtsun intizam qaydasına ciddi fikir verdiyini söyləyib. "Foqts 1996-cı ildə Avropa çempionu olanda Matteus kimi bir futbolçunu milliyə cəlb etməmişdi. O, intizamı sevən məşqçidir".
 
K.Ağayev millinin baş məşqçisiylə münasibətləri barəsində danışarkən isə bunları söyləyib: "Belə baxanda mən Foqtsun acıqlı olduğu futbolçulardanam. Onu gözü məni götürmür" .

Lakin K.Ağayev Foqtsun ona bu münasibətinin səbəbi haqda danışmaq istəməyib.

Milli.Az
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.