İdman

"Qolden Steyt" "Memfis"i məğlub edib

2 May 2022 08:59
0 Şərh     Baxış: 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Basketbol Assosiasiyasının (NBA) ikinci raund pley-off seriyasının 1-ci oyununda "Qolden Steyt" komandası "Memfis"i 117-116 hesabı ilə məğlub etdi. Görüş Memfisdə keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, matçın ən məhsuldar oyunçusu "Memfis"in müdafiəçisi Ja Morant olub, o, dubl-dabl edib - 34 xal, 10 məhsuldar ötürmə. "Qolden Steyt"in heyətində ən çox xal müdafiəçi Cordan Pul (31) tərəfindən topladı.

"Qolden Steyt" seriyada öndədir - 1-0. Növbəti görüş mayın 4-nə keçən gecə baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.