İdman

Azərbaycan çempionatında biabırçılıq - Futbolçular hakimi döydü - VIDEO

24 Aprel 2022 21:53
0 Şərh     Baxış: 3 807
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Regionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində Binə qəsəbə stadionunda keçirilən "Cəbrayıl" - "Energetik" matçında dava düşüb.

Matçın son dəqiqələrində yaşanıb.

Belə ki, 0:0 hesabı ilə davam edən qarşılaşmada Mingəçevir təmsilçisinin futbolçuları baş hakimə etiraz ediblər, daha sonra referini döyüblər.

Bundan sonra fit sahibi qarşılaşmanı dayandırıb, oyun davam etməyib.

Qeyd edək ki, Mingəçevirdəki ilk oyun Cəbrayıl təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.