İdman

Nazir Fərid Qayıbov İdman Konsert Kompleksinin fəaliyyəti ilə tanış olub - FOTO

6 Yanvar 2022 17:03
Baxış: 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 6-da Heydər Əliyev adına İdman Konsert Kompleksinin fəaliyyəti ilə tanış olub. Burada yaradılmış şəraitlə maraqlanıb, fitnes zalına baxış keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, kompleksdə "Zabit Səmədov" döyüş klubunda məşqləri izləyən nazir idmançılar və məşqçilərlə görüşüb, hazırlıq prosesləri ilə maraqlanıb, fikir mübadiləsi aparıb. Zabit Səmədov rəhbərlik etdiyi klubun fəaliyyəti barədə məlumat verib. Fərid Qayıbov idmançıların beynəlxalq yarışlara hazırlığı ilə maraqlanıb və MMA klublarımızın birgə fəaliyyətinə dair tövsiyələr verib.

Görüşdə nazir müavini Mariana Vasileva, İdman Şöbəsinin müdiri Elnur Məmmədov və Kadr Hazırlığı Sektorunun baş məsləhətçisi Ramil Cabbarov da iştirak ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.