İdman

“Qəbələ” yenidən ikinci pillədə, “Neftçi” “Sumqayıt”la bacarmadı

5 Dekabr 2021 20:57
0 Şərh     Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, turun ikinci günündə daha iki matç keçirilib.

Günün ilk görüşündə "Neftçi" "Sumqayıt"ı sınağa çəkib. Ardıcıl son üç turda məğlubiyyətləri sıralayan "gənclik şəhəri" təmsilçisi tilsimi son çempion önündə qırıb. Qarşılaşmanın qolsuz bərabərliklə yekunlaşması "Neftçi"ni zirvədən bir qədər də uzaq salıb. Hər iki komanda bu nəticə ilə turnir cədvəlindəki mövqeyində qalıb.

Liderin iki ən yaxın izləyicisi Zirədə görüşüb. Qəsəbə təmsilçisi eyni xala malik olduğu "Qəbələ" ilə mərkəzi oyunda üz-üzə gəlib. "Neftçi"nin büdrəməsi matçın önəmini daha da artırıb. "Qəbələ" birinci hissədə qısa zaman kəsiyində rəqibini iki dəfə mərkəzə dəvət edib. "Zirə"nin gücü yalnız fasilədən sonra fərqi minimuma endirməyə çatıb. "Qırmızı-qaralar" son dəqiqələri azlıqda keçirsə də, qələbə hesabını qorumağı bacarıb. Bununla yenidən ikinci pilləyə yüksələn "Qəbələ" qış fasiləsinə bu mövqedə yollanmağı təmin edib.

Qeyd edək ki, turun ilk günündə "Keşlə" - "Səbail" (2:2) və "Qarabağ" - "Sabah" (5:1) matçları keçirilib.

Azərbaycan Premyer Liqası
XIII tur
5 dekabr (bazar)

16:00. "Neftçi" - "Sumqayıt" - 0:0
Baş hakim: 
Vüqar Həsənli
"Neftçi": 12. Kamran İbrahimov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 4. Huqo Basto, 9. Tiaqo Bezerra, 36. Mamadu Kane, 37. Vüsal Əsgərov
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 11. Harramiz Soares, 91. Ramon Maçado, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli
Baş məşqçi: Samir Abasov
"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 23. Səid Rza, 27. Nihad Ağayev
Baş məşqçi: Ayxan Abbasov
"Bakcell Arena"

18:15. "Zirə" - "Qəbələ" - 1:2
Qollar: 
Davit Volkov, 45+4 - Urfan Abbasov, 32, Rövlan Muradov, 40
Qırmızı vərəqə: Omar Hani, 86
Baş hakim: Elçin Məsiyev
"Zirə": 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 32. Qismət Alıyev, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 51. Rüstəm Nuruyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 15. Ruslan Abışov, 19. Təmkin Xəlilzadə, 11. Velves Santos, 5. Rauf Hüseynli, 13. Ramin Əhmədov, 4. Cəlal Hüseynov, 61. Nizami Səmədov, 25. Vüsal Əliyev
Baş məşqçi: Rəşad Sadıqov
"Qəbələ": 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
Zirə İdman Kompleksinin stadionu

1

Qarabağ

13

9

3

1

28-8

30

2

Qəbələ

13

7

4

2

22-13

25

3

Zirə

13

6

4

3

22-14

22

4

Neftçi

13

6

3

4

20-18

21

5

Sabah

13

4

2

7

17-23

14

6

Sumqayıt

13

3

3

7

8-17

12

7

Keşlə

13

3

2

8

14-23

11

8

Səbail

13

3

1

9

11-26

10

Bombardirlər: Davit Volkov ("Zirə") - 10 qol, Filip Ozobiç ("Qarabağ") - 7 qol, Coy-Lens Mikels ("Sabah"), Ülvi İsgəndərov ("Qəbələ") - 5 qol.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.