Ramiz Məmmədovun 70 illik yubileyi qeyd olunacaq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
31 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Qızıl toy" (O.Kazımi və R.Heydər) iki hissəli musiqili komediyası 50-ci dəfə (2014-cü ildən) tamaşaçıların görüşünə gələcək.
Əsərin budəfəki nümayişi sənət yolu Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə sıx bağlı olan tanınmış aktyor, Xalq artisti Ramiz Məmmədovun 70 illik yubileyi münasibəti ilə təqdim olunacaq.
Tamaşadan öncə tanınmış telejurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı mərhum aktyorun həyat və yaradıcılığı haqqında söhbət açacaq.
Milli.Az-a teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsərinin quruluşu rejissor Yusif Əkbərova məxsusdur. Maraqlı və rəngarəng süjet xətti olan bu tamaşada Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, Svetlana Bulax, Səidə Şərifəliyeva, aktyorlar Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Gültac Əlili, Şaban Cəfərov, Yuliya Heydərova, Əliməmməd Novruzov, Eleanora Mustafayeva, Türkel Tariqpeyma, Ruslan Mürsəlov, Elməddin Dadaşov və başqaları çıxış edirlər.
Xalq artisti Ramiz Məmmədov vaxtı ilə bu səhnə əsərində Qədir obrazını yaradıb.
Qeyd edək ki, Akademik Musiqili Teatrın kollektivi tərəfindən hər zaman gözəl insan və istedadlı aktyor kimi xatırlanan Xalq artisti Ramiz Məmmədov 1951-cı ildə anadan olub.
Hələ Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) təhsil aldığı zamanlardan Musiqili Komediya Teatrına (teatrın əvvəlki adı) dəvət olunub. Fəaliyyətə başladığı ilk günlərdən fitri istedadı, özünəməxsus aktyorluq məharəti ilə həm kollektivin, həm də tamaşaçıların böyük rəğbətini qazanıb.
"Qaynana" tamaşasında Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Qəzetçi Rza, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazlarda çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu hər zaman təsdiq edib.
2001-ci ildə "Respublikanın Əməkdar artisti", 2013-cü ildə "Xalq artisti" fəxri adlarına, dəfələrlə Prezident Mükafatına layiq görülmüşdür.
R.Məmmədov bu il martın 21-də uzun sürən xəstəlikdən dünyasını dəyişib. Onun əziz xatirəsi tamaşaçıların, həmkarlarının və doğmalarının qəlbində əbədi yaşayacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu





