Cəmiyyət

Bakıda yararsız halda olan bina söküldü

26 Oktyabr 2021 23:14
0 Şərh     Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nərimanov rayonunda yararsız halda olan bina sökülüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayon ərazisində A.Nemətulla küçəsi 32 ünvanında istismara tam yararsız, yarı sökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yarandığı üçün bu qərar verilib.

Qeyd edək ki, məsələ ilə bağlı yol polisi sürücülərə xəbərdarlıq edib. Bu gün saat 21:30-dan etibarən H.Əliyev prospektindən A.Nemətulla küçəsi istiqamətində əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır və istiqamət dəyişdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.