Cəmiyyət

Denis Əliyevin “Profil”i - VİDEO

25 Oktyabr 2021 14:18
0 Şərh     Baxış: 1 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

REAL TV-də Denis Əliyevin "Profil"idir. Biz müəyyən vaxtlarda "Profil"in xüsusi buraxılışlarını hazırlayırıq və bu gün də "Profil"in xüsusi buraxılışı Azərbaycanın ərazi bötüvlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Denis Əliyev haqqındadır. Denis Əliyevin "Profil"ini bizə onun həyat yoldaşı Aynur Əliyeva danışacaq. 

-Aynur xanım, hər vaxtınız xeyir!

-Salam

-Biz sizinlə Vətən Müharibəsinin ildönümü günlərində görüşmüşük. Əlbəttə ki, biz öz qəhrəmanlarımızla fəxr edirik. Eyni zamanda Vətən uğrunda döyüşmüş Denislə də. Amma ilk növbədə bizim tamaşaçılar üçün...Denis haqqında məlumatlar maraqlıdır. O Bakıda doğulub, boya-başa çatıb. Onun uşaqlığı...Harda təhsil alıb? Maraqları nə idi?

-O, Bakı şəhərində doğulub, boya-başa çatıb. Həzi Aslanov qəsəbəsindəki 59 saylı məktəbdə təhsil alıb. Elə həmin qəsəbədə də yaşayıb. Anası Beton zavodunun kardlar şöbəsində işləyirdi, atası isə neftçi idi.  Ailənin sonbeşiyi idi. Dörd uşaq idilər - böyük qardaşı və iki bacısı vardı. Bəli, Denis ailənin sonbeşik övladı idi.

-Onun qohumları Bakıda yaşayır, yoxsa köçüb gediblər?

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.