Cəmiyyət

Vətən müharibəsi şəhidi yad edilib - VİDEO

25 Oktyabr 2021 17:06
0 Şərh     Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakəndə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Vahid Əlisoltanovun dəfn olunduğu "Şəhidlər Xiyabanı"nda anım mərasimi keçirilib.

Milli.Az RealTV-yə istinadən xəbər verir ki, mərasimdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rəsmi şəxslər, rayon sakinləri, şəhidlərin yaxınları iştirak ediblər.

Tədbir iştirakçılar şəhidlərin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq, ruhuna dualar oxuyub.

Çıxış edənlər şəhidin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb və onun qanının yerdə qalmadığını bildiriblər.

Qeyd olunub ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində Vahid Əlisoltanov iştirak edərək böyük qəhrəmanlıq nümayiş etdirib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan müharibə zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq, oktyabrın 24-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Qeyd edək ki, Prezidentin Sərəncamı ilə ölümündən sonra Vahid Əlisoltanov "Vətən uğrunda", "Vətənə xidmətə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid yaxınları oğulunun Vətənə sədaqətindən, torpaqlarımızın azad edilməsi uğrundakı mübarizəyə necə ürəklə yollanmalarından, onların qısa, lakin şərəfli ömür yolundan danışıb, şəhidlərin xatirəsinin əziz tutulduğunu qeyd ediblər.

Mərasimdə məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.