Cəmiyyət

Təvalla-təbərra nədir? Məkarim əxlaq necə olur?

26 Oktyabr 2021 21:10
0 Şərh     Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təvəlla dostluq deməkdir. Yəni, Allahla dost olmaq. Ancaq kamil olmaq istəyən bir müsəlman üçün təvəlla kifayət etməz. Onun uçması üçün başqa bir qanada ehtiyacı vardır ki, bu da təbərradır. Yəni, Allahın düşməni ilə düşmən olmaq. İnsan bu iki qanadı ilə mənəviyyat səmasına tərəf uça bilər. Ona görə də Ramazan ayı bu əməlləri yerinə yetirmək üçün yaxşı fürsətdir. Ramazan ayı - Allahla dostluq və düşmənləri ilə düşmənçilik ayıdır.

Mömin insan bu iki əsası öz əxlaqının həqiqi meyarı kimi qərar verməlidir. Çalışmalıdır ki, əxlaqı Allahın seçilmiş bəndələrinin əxlaqı kimi olsun. Rəzil sifətlər ki, Allahın düşmənidir, onlardan uzaq olsun.

Xoş əxlaqlı insan o kəsdir ki, yaxşı adətlər fitrətinə işləyər. Gözəl əxlaqı danışıq və rəftarında özünü göstərsin. O mömin ki, əxlaqında təvəlla və təbərra edər, əslində mənliyini zahir edər. Allah dostlarını özünə örnək qərar verərək və bu yolda nəfsini tərbiyə edərək mənliyinin həqiqətini zühur etdirər. İnsan rəftar və danışığı ilə əxlaqını nümayiş etdirər. Hər kim Allahın dostu olar, özünü Onun dostu kimi aparar. Hər kim Allahın düşməni ilə düşmən olar, bəyənilməyən əxlaqdan uzaq olar.

Quran buyurur: "Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri)ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur". ("Fussilət" 34).

Təbərra və təvəllada ən bariz nümunələr Məsumlarımız (ə), xüsusilə də Həzrət Peyğəmbərdir (s). Qurani-Kərim Həzrəti (s) vəsf edən zaman buyurur: "Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən". ("Qələm" 4).

Həzrət Peyğəmbər (s) özü buyurur: "İman cəhətdən sizlərin ən yaxşıs -ı əxlaq cəhətdən ən üstün olanınız və ailəsinə qarşı daha mehriban olanınızdır. Mən ailəmə qarşı sizlərdən daha mehribanam".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Mən məkarim əxlaqı tamamlamaq üçün məbus olmuşam". Peyğəmbərimiz (s) bu nurani sözləri ilə bizə həyatın şah açarını verir ki, bu da məkarim əxlaqı, ən üstün əxlaqı əldə etməkdir.

Məkarim əxlaq dedikdə, fitri olmayan, sonradan əldə olunan gözəl əxlaq nəzərdə tutulur. Hər kim fitri olaraq gözəl əxlaqa malik olarsa, onun məhasin əxlaqı olar, məkarim deyil. Hər bir insanda məhasin əxlaqı mövcuddur. Sadəcə onun üzərindəki qabarları kənara çəkmək lazımdır. Ancaq məkarim əxlaq - o bəyənilən adətdir ki, hər bir mənfəət tələb ağıl onu bəyənməyə bilər. Başqalarına maddi yardım etmək məhasin əxlaqdır ki, hər bir sağlam ağıl onu yaxşı əməl kimi qəbul edir. Ancaq insanın özü ehtiyac içində olan zaman fədakarlıq etməsi - məkarim əxlaqdır. Elə bir işdir ki, hər bir mənfəət ardınca olan ağıl onu qəbul etməz. Ona görə də Peyğəmbərimiz (s) bu şah açarı möminlərə verir ki, onlar bu əməlin həqiqətini dərk edə bilərlər. Gəlin, hələ ki, fürsət var, mübarək Ramazan ayında əxlaqımızı təvəlla və təbərranın yardımı ilə məkarim edək və bu nəbəvi açarı tapaq.

Həzrət Peyğəmbər (s) buyurur: "Bəndə gözəl əxlaqı ilə oruc tutanın, namaz qılanın dərəcəsinə çata bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.