Cəmiyyət

Xoş əxlaqlı olmağa tərəf addımlayaq

26 Oktyabr 2021 22:55
0 Şərh     Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xoş əxlaqlı olmaq üçün atacağımız ilk addım - özümüzün bunu istəməyimizdir. Xoş əxlaqlı olmaq elə də sadə bir iş deyildir. Ancaq insan ürəkdən istəsə və bunun üçün səy göstərsə, əldə edə bilər. Xoş əlxaqlı olmağa tərəf addım-addım getməyə çalışaq.

Özünüzü danlamayın.

Özünüzü danlamayın və bu hal sizi irəli getməkdən saxlayar. İnsanın istedadlarını üzə çıxartması üçün bu cür rəftardan uzaq olması lazımdır. Əgər buna adət etmisinizsə, onu tərk etməyə çalışın. Çünki uzunmüddətli olarsa, sizi məhv edər.

Özünüzə qarşı sadiq olun.

Həyatda özünüz olmağa çalşın və başqasını təqlid etməyin. Geyindiyiniz ayaqqabı öz ölçünüzdə olsun, başqasının deyil. Əgər öz rolunuzda olaraq yaşamasanız, əslində bu dünyada var olmazsınız. Əgər özünüzə dəyər verməsəniz, başqaları da sizə dəyər verməz.

Başqalarına əhəmiyyət verin.

Əgər başqalarına əhəmiyyət verməsəniz, necə gözləntidə ola bilərsiniz ki, onlar sizə əhəmiyyət verəcəkdir? Hər nə qədər başqalarına yardm etsəniz, onlar da sizə yardım edəcəkdir. Eşq və mehribanlığın nəticəsi - ancaq dostluq və mehribanlıqdır.

Məsuliyyətli olun.

Heç kəs yalançı birini sevməz. İnsan hər nə qədər mahir yalançı olsa da, müəyyən müddətdən sonra doğrular aşkar olacaqdır. Hər bir işinizin məsuliyyətini öz öhdənizə götürməyi öyrənin, qorxaq insanın əxlaqı yaxşı olmaz.

Hamıya hörmət edin.

İnsanlarla elə rəftar edin ki, sizinlə o cür rəftar edilməsini istəyərdiniz. İnsanlar sizin rəftarlarınıza diqqət edərlər.

Başqalarına təşəkkür etməyi öyrənin.

"Təşəkkür edirəm", "çox sağ olun" kimi sözləri yaddan çıxartmayın. Bu, qarşı tərəfə müsbət təsirlər qoyar. Hətta ciddi və rəsmi rabitələrdə belə, bu, yaxınlıq hissi yaradar.

Bacardığınız qədər insanlara yardım edin.

Həyatda nə etsəniz, sizə tərəf qayıdar. Əgər kiminsə həyatına müsbət təsirlər qoya bilmisinizsə, özünüz də ondan faydalanmış olarsınız. Əgər kimisə şad edə bilirsinizsə, şübhəsiz ki, özünüz də şad olarsınız. Hər kəs gözləntisiz edilən sevgilərin qədrini yaxşı bilir. Özünüzə bir diqqət edin. Nə zaman başqalarına yardım edirsiniz, özünüzü yaxşı hiss edirsiniz.

Verdiyiniz sözü yerinə yetirin.

Bəzi insanlar dildə söz versələr də, əməldə ondan qaçırlar. Ona görə də edə biləməyəcəyiniz heç bir işə görə söz verməyin.

Səliqəli olun.

Çalışın evdə və iş yerində səliqəli olasınız. Bu səliqə həyatınıza da təsir qoyar.

Nikbin olun.

Həyatda baş verən hadisələrin pis və ya yaxşı olmasına siz özünüz qərar verərsiniz. Həyatda nikbin olmağa çalışın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.