Mülki geyimdə vergi nəzarəti həyata keçirilə bilərmi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi hallarda ticarət və ictimai iaşə, eləcə də xidmət obyektlərinə adi geyimdə daxil olmuş şəxs və ya şəxslər vergi orqanından gəldiyini və qanun pozuntusu aşkarladıqlarını bildirirlər.
Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, aktual mövzunu şərh edən iqtisadçı İlqar Əsədovun sözlərinə görə, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına daxildir. Sözügedən hal operativ vergi nəzarəti tədbirlərinə aiddir. Bu nəzarət tədbirləri çərçivəsində vergi orqanı vergiödəyicilərində qanunvericiliyə riayət edilməsi ilə bağlı bir sıra meyarlar üzrə nəzarət keçirmək funksiyasına malikdirlər: "Məsələn, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkarlanması, istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi bu məqsədlərdən biridir".
Nəzarət tədbirlərinin yuxarıda sadalanan məqsədlərlə məhudlaşmadığını söyləyən İ.Əsədov bildirib ki, vergi orqanı nəzarət tədbirləri çərçivəsində əhaliyə çekin verib-verilmədiyini, yəni əslində satışın rəsmiləşdirib-rəsmişləşdirilmədiyini aşkarlamaq üçün adi vətəndaş geyimində təsərrüfat obyektinə daxil olur, mal alır və ona çek təqdim etmədikdə xidməti vəsiqəsini göstərərək əslində vergi orqanı əməkdaşı olduğunu və yoxlamağa gəldiyini deyir. Vergi orqanı əməkdaşlarının bu cür mülki geyimdə nəzarət tədbiri keçirmələri tam şəkildə qanuna uyğundur. Belə ki, bir sıra önəmli məsələlərə nəzarət məxfilik tələb edir, əks halda gözlənilən nəticələri əldə etmək mümkün olmazdı. Bu səbəblə, Vergi Məcəlləsinə əsasən, operativ vergi nəzarəti vergiödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergiödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Lakin operativ vergi nəzarəti vergi orqanı əməkdaşlarının şəxsi istəkləri ilə seçmə yolu ilə təsərrüfat subyektlərinə daxil olmaqla deyil, vergi orqanının konkret vergiödəyicisi barədə qərarı əsasında aparılır. Elə bu səbəblə də operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra vergi orqanının qərarını vergiödəyicisinə dərhal təqdim etməlidir".
Qeyd olunub ki, əhali ilə nağd pul hesablaşmaları qaydalarının pozulmasına görə vergiödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı tanınmış fotoqrafların toy qiymətləri dodaq "UÇUQLATDI": 11.500 manat...
-
Fiziki məhdudiyyətli satıcı görün tərəzidə necə ALDADIR: 3500 cərimə olundu - VİDEO
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynləri danışdı - VİDEO
-
Bakının mərkəzində məşhur bina sökülür? – Park salına bilər
-
Azovda həlak olan və yaralanan azərbaycanlıların sayı dəqiqləşdirilib - rəsmi
XƏBƏR LENTİ
-
Türkiyədə sel FƏLAKƏTİ : Ölən və yaralananlar var
-
Bu BÜRCLƏR xüsusi şans qazanacaqlar
-
Türkiyə hesabda geri düşdüyü matçda qalib gəldi
-
"Oğlumun başı üçün deyil nəsə deyə, mənim çörəyimi YEYİR" - VİDEO
-
Çin ordusu bu ölkədə xüsusi əməliyyata BAŞLADI
-
Bu gün 2 ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək
-
Naxçıvanda 7 yaşlı uşaq faciəvi şəkildə ÖLDÜ - FOTOlar
-
Braziliya millisi qalib gəldi
-
Bu işçilərlə bağlı yenilik bu gündən qüvvəyə mindi
-
Azərbaycan gimnastları Dünya kubokunda finala yüksəliblər - FOTO
-
Hazır yuxadan asan lahmacun resepti
-
Bəzi sümüklər niyə digərlərindən daha sürətlə çürüyür?
-
"Mənə dedi ki, gəl, səhnədə öl"
-
Azərbaycanlı tanınmış fotoqrafların toy qiymətləri dodaq "UÇUQLATDI": 11.500 manat...
-
Fiziki məhdudiyyətli satıcı görün tərəzidə necə ALDADIR: 3500 cərimə olundu - VİDEO
-
Əgər yemək tavaya yapışırsa, BUNU EDİN
-
Hansı şəxslərə kolbasa-sosis OLMAZ?
-
İnsanlar 150 ilə qədər yaşaya biləcəklər
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Sergey Lavrov istefa verib? - Rəsmi açıqlama
-
Azərbaycanda klub 1 milyon manata satışa çıxarıldı
-
Taksidə anidən Bülent Ersoy peyda olarsa... - VİDEO
-
İlə 510 milyon qazandı - Rekord
-
Valideynlərin ən çox işlətdiyi və uşaqda travma yaradan 5 cümlə





