Cəmiyyət

İbtidai siniflərin ilk dərs günündən FOTOREPORTAJ

22 Sentyabr 2021 09:40
0 Şərh     Baxış: 1 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən I-IV siniflər ənənəvi tədrisə başlayıblar.

Trend-in fotoqrafı Zaur Mustafayev ibtidai sinif şagirdlərinin yeni tədris ilində ilk gününü lentə alıb.

Qeyd edək ki, sentyabrın 29-dan isə V-XI siniflər əyani tədrisə başlayacaqlar.

Yeni tədris ilində 158 608 şagird birinci sinfə gedəcək. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq. Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.