Cəmiyyət

"Bəyaz Saray" da cərimələndi

5 Avqust 2021 17:50
Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı "Bəyaz Saray" şadlıq sarayında təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı toy mərasimində iştirak edən qonaqların müəyyən edilən say həddindən, yəni 150 nəfərdən artıq olduğu, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı məlum olub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Əfqan Nəzirov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 4000 manat cərimələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.