Cəmiyyət

Hər evdə ilkin tibbi yardım üçün lazım olan dərman preparatları olmalıdır

4 Avqust 2021 23:34
0 Şərh     Baxış: 1 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər bir evdə kiçik aptek adlanan qutu və ya rəf olmalıdır. Əksər hallarda həmin qutuya müxtəlif xəstəliklərdən müalicə alandan sonra qalan preparatlar yığılır və lazım gələndə onların istifadə müddətinin bitdiyi aşkar çıxır.

Milli.Az bildirir ki, evdə saxlanılması zəruri olan dərman vasitələri barədə məlumat verən həkim-terapevt Solmaz Musayeva AZƏRTAC-a deyib: "Qutu və rəflərə ilkin tibbi yardım üçün lazım olan sarğı materialları olmağı məsləhətdir, o cümlədən antiseptik məhlullar, həyəcan və müxtəlif mənşəli sıxıntı olduğu zaman dərman preparatlarının olması məsləhət görülür".

İlk növbədə dərmanları evdə uşaqların əlləri çatmayan yerdə saxlamaq, bəzilərini isə soyuducuya qoymaq lazımdır. Altı aydan bir onların saxlama müddətini ötüb keçməməsi də yoxlanılmalıdır.

Həkim-terapevt deyib: "Dərman preparatlarının həkim təyinatı ilə olması daha düzgündür, çünki hər bir orqanizm fərqli olduğu üçün ona uyğun da dərman preparatları olmalıdır. Bununla yanaşı, ilkin tibbi yardım üçün lazım olan dərmanlar mütləq evdə saxlanılmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.