Cəmiyyət

İşğaldan azad edilmiş nə qədər ərazi minalardan təmizlənib?

30 İyul 2021 14:44
Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda işğaldan azad edilmiş bütün ərazilərimizdə minatəmizləmə işləri davam etdirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə ANAMA Təmizləmə və Tədqiqat şöbəsinin müdiri İdris İsmayılov deyib.

İ.İsmayılov vurğulayıb ki, həm nəqliyyat sektoru, həm yaşayış infrastrukturu və digər sahələr üzrə təmizləmə əməliyyatları agentıik tərəfindən davam etdirilir: "Bu günə kimi işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları zamanı 3500 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 20 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Hazırda əməliyyat-axtarış tədbirləri həm əllə mina təmizləmə üsulu, həm mexaniki mina təmizləmə vasitəsilə, həm də xüsusi təlim keçmiş mina axtaran itlər vasitəsilə həyata keçirilməkdədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.