Cəmiyyət

Bu gün bəzi qüvvələr cəmiyyətdə ƏƏSMN-ə qarşı fikir formalaşdırmağa çalışır - Anar Əliyev - VİDEO

28 İyul 2021 14:56
Baxış: 1 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün müxtəlif qüvvələr cəmiyyətdə belə bir fikir formalaşdırmağa çalışırlar ki, nazirlikdə guya əlilliyi olan şəxslərə qarşı kampaniya başlayıb və yaxud biz büdcə vəsaitlərinə hər hansısa bir formada qənaət etmək istəyirik.

Milli.Az bildirir ki, bunu Trend-ə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. O bildirib ki, bu, əsla belə deyil. Bu gün əlilliyin müəyyən edilməsi nazirliyin tibbi-ekspert komissiyalarının səlahiyyətindədir və tələb tam şəffaf şəkildə əlilliyin qiymətləndirilməsi və təyinatının aparılmasıdır.

"Xüsusi olaraq qeyd edim ki, həm I, həm də II Qarabağ müharibəsi zamanı yaralanmış şəxslərin müayinəsini əyani şəkildə həyata keçiririk ki, burada səhvlərə yol verilməsin. Bütün şikayətlərə baxırıq, bir-bir araşdırırıq ki, əsaslandırılmış şəkildə qərar qəbul edək. Sözsüz ki, aparılan islahatlar sosial sistemin genişləndirilməsinə və daha çox insanı əhatə etməsinə yönəlib. Bütün hallarda qanunvericiliyi təkmilləşdirərkən beynəlxalq təcrübəni və milli maraqlarımızı nəzərə alırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.