Cəmiyyət

Ucarda yol qəzası 1600 abonenti qazsız qoydu - FOTO

24 İyun 2021 22:04
0 Şərh     Baxış: 1 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucarda baş verən yol qəzasında 1600 abonent qazsız qalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axsam saatlarında H. Əliyev prospektində qeydə alınıb.

Ucar rayon sakini, 1991-cı il təvəllüdlü Həsən Tərlanovun idarə etdiyi "Chevrolet" markalı maşın ilə Qalib İmanovun idarə etdiyi "Mercedes" markalı minik maşını toqquşub. Nəticədə "Chevrolet"in sürücüsü H. Tərlanov aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində qaz xətti ciddi zədələnib.

Ucar qaz istismar sahəsindən verilən məlumata görə, 1600 abonentin qaz təchizatı dayandırılıb. İstismar sahəsindən o da bildirilib ki, qısa müddətə qaz sızması dayandırılacaq və abonentlər təbii qazla təmin olunacaqlar.

Fakt araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.