Cəmiyyət

Azərbaycanda yeni fond yaradılır

22 İyun 2021 12:59
Baxış: 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Enerji effektivliyi fondu yaradılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" yeni qanun layihəsində əksini tapıb.

Qanunda qeyd olunur ki, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyi fondu yaradır.

Fond enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə stimullaşdırıcı tədbirlər həyata keçirəcək.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.