İdman

Messidən yeni xəbər

27 İyun 2021 20:48
0 Şərh     Baxış: 1 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" futbolçusu Lionel Messi ilə bu ay başa çatacaq müqavilənin müddətini uzatmağa yaxındır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, jurnalist Fabrizio Romano özünün "Tvitter" hesabında yazıb ki, klub rəhbərliyi və argentinalı hücumçunun ətrafı gələn həftə razılaşmanı elan edə biləcəklərinə əmindir.

Bildirilib ki, hazırda tərəflər 2023-cü ilə qədər hesablanan müqavilənin son təfərrüatlarını razılaşdırmağa çalışırlar.

Qeyd edək ki, 34 yaşlı futbolçu ötən mövsüm La Liqada meydana çıxdığı 35 matçda 30 qol vurub, 9 qolun ötürməsini verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.