Cəmiyyət

Kütləvi immunitetə yaxınlaşırıq - Adil Qeybulla

22 Aprel 2021 17:25
Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hesab edirəm ki, ölkədə paralel olaraq, həm vaksinasiyanın aparılması, həm də bu müddətdə xeyli adamın xəstələnib sağalması bizi kütləvi immunitetə yaxınlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu tibb elmləri doktoru Adil Qeybulla deyib. Onun sözlərinə görə, artıq əhalinin böyük əksəriyyətində əks cism formalaşıb:

"Ona görə də, hər infeksiya dalğası zamanı statistik rəqəmlər aşağı olmalıdır. Müəyyən bir zamandan sonra biz bu dalğanın da eniş nöqtəsini hiss edəcəyik, ancaq sonrakı proseslərdə necə davranış sərgilənəcəyini proqnozlaşdırmaq hələlik çətindir. Hər halda, biz bugünkü reallıqla yaşamalıyıq və bu reallıq insanları məsuliyyətli olmağa dəvət edir. Karantin qaydaları hər addımbaşı gözlənilməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.